Sei sulla pagina 1di 4

4.

Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında


hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi

4.1. Razılığa gələn digər dövlətdə ödənilmiş vergilərin həm Azərbaycan Respublikasının Vergi
Məcəlləsinin 127-ci maddəsinin, həm də beynəlxalq müqavilənin müddəalarına müvafiq qaydada
Azərbaycan Respublikasında hesablanan vergidən çıxılması üçün rezident tərəfindən özünün
uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Xarici dövlətdə
ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə
(bundan sonra –DTA-02 forması) (Əlavə №–3) təqdim edilməlidir.

4.2. DTA-02 forması rezident fiziki şəxslər tərəfindən gəlir vergisinin bəyannaməsi, rezident
hüquqi şəxslər tərəfindən isə mənfəət vergisinin bəyannaməsi ilə birlikdə digər dövlətdə
vergilərin ödənilməsini təsdiq edən sənədlər əlavə edilməklə təqdim edilməlidir.

4.3. Müraciət elektron formada edildiyi halda, elektron formatda təqdim edilmiş təsdiqedici
sənədlərin əsli vergi ödəyicisi tərəfindən saxlanılmalı və müvafiq hesabat dövrü üzrə vergi
nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

4.4. Vergi orqanı tərəfindən bəyannamələrin kameral qaydada yoxlanılması zamanı DTA-02
formasındakı məlumatlar və təsdiqedici sənədlər əsasında xarici dövlətdə ödənilmiş və
Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan verginin bəyannamədə düzgün
əks etdirilib-etdirilmədiyi yoxlanılır.

5. Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin


qeyri-rezidentə münasibətdə tətbiq edilməsi

5.1. Əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin
vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident
ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş
“Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq
müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan
sonra - DTA-03 forması) (Əlavə №– 4) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin
tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

5.2. DTA-03 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca
doldurularaq, təqdim edilməlidir.

5.3. DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin
razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə
əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici
sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər
və s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

5.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin İnternet Vergi
İdarəsi (bundan sonra-internet vergi idarəsi) vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən
şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi
adı, gücləndirilmiş elektron imza və s.) malik olsun.

5.5. Tələb olunan azadolma və ya aşağı vergi dərəcəsi qeyri-rezidentə münasibətdə tətbiq edilməlidirsə,
Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə №– 5) üzrə
razılıq məktubu tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə
razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də
gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun
kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız
daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına
göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

5.6. Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində
qeyd olunmuş razılıq məktubunu, gəliri əldə edən qeyri-rezidentdən isə vergi orqanına təqdim edilmiş
bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə
nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. Adı çəkilən razılıq məktubu
alınanadək qeyri-rezidentə edilən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq
edilməsinə yol verilmir.

5.7. DTA-03 forması vergi orqanına təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı
digər səbəbdən ödəniş tarixinədək razılıq məktubu alınmadıqda, gəlir ödəyən şəxs (vergi agenti) qeyri-
rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada
ödəmə mənbəyində vergi tutmalıdır. Bu halda ödəmə mənbəyində artıq tutulmuş vergi bu Qaydaların 7-
cihissəsində göstərilən qaydada qeyri-rezidentə qaytarılır.

5.8. Sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əsli gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən
saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli
şəxslərinə təqdim edilməlidir.

5.9. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində aşağı vergi dərəcəsi və ya azadolmanın
tətbiq edilməsi qanunamüvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya
sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №– 9) üzrə imtina haqqında
bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan
sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.

6. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi

6.1. Qeyri-rezident razılığa gələn digər dövlətdə vergi ödəyərkən Azərbaycan Respublikasında ödənilmiş
vergilərin nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq vergi orqanına elektron və ya
kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş
vergilərin təsdiq edilməsi haqqında” Ərizə (bundan sonra - DTA-04 forması) (Əlavə №– 6) təqdim
etməklə, onun tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergi məbləğlərinin təsdiq edilməsi ilə
bağlı müraciət edə bilər.

6.2. DTA-04 formasına Azərbaycan Respublikasında əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş
(tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, ödəniş tapşırıqları və s.) bu
Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

6.3. DTA-04 forması həm işəgötürən tərəfindən (hər bir qeyri-rezident muzdlu işçi üzrə ayrılıqda), həm də
qeyri-rezident muzdlu işçinin özü tərəfindən işəgötürənin uçotda olduğu vergi orqanına təqdim edilə bilər.
Bu halda qeyri-rezidentin aldığı əmək haqqı və ona bərabər tutulan ödənişlər, habelə, həmin ödənişlərdən
vergilərin tutularaq aidiyyəti üzrə köçürülməsinə dair bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci
hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri formaya əlavə edilməlidir.
6.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi
idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq
üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.)
malik olsun.

6.5. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində DTA-04 formasında göstərilmiş məlumatlar
təsdiqlənərsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma
(Əlavə №– 7) üzrə “Ödənilmiş vergilər haqqında” arayış tərtib edilir və Vergilər Nazirliyinin müvafiq
struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, müraciət
edən şəxsə göndərilir. Bu Qaydaların məqsədləri üçün vergi ödəyicisinin şəxsi hesab vərəqəsində olan
ödəmələr hesabına əvəzləşdirilən vergi məbləği də ödənilmiş vergi hesab edilir və qeyri-rezident
tərəfindən ödənilmiş vergilər haqqında arayışda əks etdirilir.

6.6. Müraciət edən şəxs vergi orqanından arayışın kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb
edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin
seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir.

6.7. Razılığa gələn digər dövlətlə Azərbaycan Respublikası arasında elektron imzaların tanınması barədə
razılaşma olduğu təqdirdə vergi orqanının səlahiyyətli şəxsitərəfindən elektron qaydada imzalanmış
ödənilmiş vergilər haqqında arayış birbaşa olaraq razılığa gələn digər dövlətin səlahiyyətli orqanına da
göndərilə bilər.

6.8. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində müraciətin nəzərə alınmaması barədə qərar
qəbul edilərsə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara
əlavə edilən forma (Əlavə №– 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin
müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız
daşıyıcısında müraciət edən şəxsə göndərilir.

7. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin


qeyri-rezidentə geri qaytarılması

7.1. Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin
vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu
Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə,
yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi
ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş
“Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri
qaytarılması haqqında” Ərizə formasını (bundan sonra - DTA-05 forması) (Əlavə №– 8) təqdim etməklə,
artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

7.2. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca
doldurularaq, təqdim edilməlidir.

7.3. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn
digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən,
gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki
olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə
müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir.
7.4. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi
idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq
üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.)
malik olsun.

7.5. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin
qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin
səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23
fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə
sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq
“Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə
və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə (bundan sonra- maliyyə orqanı)
göndərilir.

7.6. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin
qeyri-rezidentə geri qaytarılması qanunamüvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron
informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə №– 9) üzrə
imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə
razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir.

7.7. Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları,
müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla
tənzimlənir.

Potrebbero piacerti anche