Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Həzrət Məhəmməd Mustafa (s.ə.s)
Həzrət Məhəmməd Mustafa (s.ə.s)
Həzrət Məhəmməd Mustafa (s.ə.s)
Ebook182 pages1 hour

Həzrət Məhəmməd Mustafa (s.ə.s)

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

Mövlana Xalidi- Bağdadi həzrətləri, Peyğəmbər (s.ə.s) ın aləmlərə rəhmət və bərəkət mənbəyi olduğunu öz divanında belə ifadə edir: “Onun varlığı xətrinə qumlu dənizlər inci verər, neçə- neçə sərt daşlar yaqut olar və tikanlar gül olar. Onun gözəl əxlaqından bəhsedildikdə sevincindən coşmayan yəni açılmayan bir qönçə tapa bilməzsən.”

LanguageEnglish
Release dateSep 27, 2010
ISBN9781452367033
Həzrət Məhəmməd Mustafa (s.ə.s)

Read more from Osman Nuri Topbas

Related to Həzrət Məhəmməd Mustafa (s.ə.s)

Related ebooks

Islam For You

View More

Related articles

Related categories

Reviews for Həzrət Məhəmməd Mustafa (s.ə.s)

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Həzrət Məhəmməd Mustafa (s.ə.s) - Osman Nuri Topbas

    GÖRKƏMLİ VƏ NÜMUNƏVİ ŞƏXSİYYƏT

    HƏZRƏT

    MƏHƏMMƏD MUSTAFA

    -səllallahu əleyhi və səlləm-

    Osman Nuri TOPBASH

    Published by Osman Nuri Topbash at Smashwords

    Copyright © 2010 by Osman Nuri Topbash

    Smashwords Edition, License Notes

    All rights reserved. No part of this publication may be reproduced, stored in a retrieval system, or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise, without the prior permission of the copyright owner.

    Istanbul 2010

    E-mail: info@worldpublishing.com

    Web site: http://www.islamicpublishing.net

    GÖRKƏMLİ VƏ NÜMUNƏVİ ŞƏXSİYYƏT

    HƏZRƏT

    MƏHƏMMƏD MUSTAFA

    -səllallahu əleyhi və səlləm-

    Osman Nuri TOPBASH

    İÇİNDƏKİLƏR

    Önsöz

    BİRİNCİ BÖLÜM

    Əbədi Səadət Rəhbərimiz

    Həzrət Məhəmməd Mustafa (səllallahu əleyhi və səlləm)

    Üsveyi Həsənə / Ən Gözəl Örnək

    İKİNCİ BÖLÜM

    Həzrət Peyğəmbərin Uca Əxlaqı

    Allah Rəsulunun Sima və Əxlaq Gözəlliyi

    Allah Rəsulunun Təvazökarlığı

    Allah Rəsulunun Səxavəti

    Allah Rəsulunun Təqvası

    Allah Rəsulunun Zahidlik Həyatı

    Allah Rəsulunun Nəzakəti

    Allah Rəsulunun Ədəb və Həyası

    Allah Rəsulunun Şücaəti

    Allah Rəsulunun Yumşaq Xasiyyəti

    Allah Rəsulunun Şəfqət və Mərhəməti

    Allah Rasulunun Bağışlayıcılığı

    Allah Rasulunun Qonşuluq Haqqlarına Riayəti

    Allah Rəsulunun Kasıblara Qarşı Davranışı

    Allah Rəsuulunun Əsir və Xidmətçilərə Davranışı

    Allah Rəsulunun Qadınlara Qarşı Davranışı

    Allah Rəsulunun Yetimlərə Qarşı Davranışı

    Allah Rəsulunun Heyvanlara Qarşı Davranışı

    Ulduzlardadakı Ölçülər

    ÜÇÜNCÜ BÖLÜM

    Rəsulullahın İzində Olmaq Üçün Qəlibn Halı

    Rəsulullaha Sevgi İlə Tabe Olmaq

    Onun Əxlaq və Sevgisinin Aynasi: Əsri-Səadət

    Rəsulullah Sevgisinin Yanğili Tərənnümləri

    Əshabın Rəsulullaha Sevgisi

    Əshabı’dan Sonrakı Sevgi Qaynaması

    Salavati-Şərif

    Əhli-Beyt və Əhli-Beytə Məhəbbət

    DÖRDÜNCÜ BÖLÜM

    Ən Böyük Ehtiyac: Örnək Şəxsiyyət

    Nümunə Götürmə və Təqlidə Meyil

    Peyğəmbərlərin Nümunəvi Şəxsiyyətləri

    Onu Nə Qədər Sevirik?

    Könül və Ağıldan Düzgün İstifadə Etmək

    Yeganə Örnək, Həzrət Peyğəmbər

    Möcüzələrin Ən Böyüyü

    Korların Günəşi Müzakirə Etməsi

    Sevən, Sevdiyinə Tabe Olar

    Ona Tabe Olmaq Könül Tərbiyyə İstəyir

    Həzrət Peyğəmbərin Dəyəri və Biz

    Sevgi və Ədəb Imtahanı

    Onu Sevmək Ölçüsü

    Onu Sevməyin Əlaməti

    Ondan Layiqincə Bəhs Etmək Çətin

    Sonsöz

    Lüğət

    Allah-Təala, Rəsuli-Əkrəm Peyğəmbərimizi belə təqdim edir:

    Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (əl-Ənbiya, 107)

    Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik! (Əl-Əhzab, 45-46)

    Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (əl-Qələm, 3-4)

    Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (əl-Əhzab, 21)

    Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın! (Məhəmməd, 33)

    Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nəmətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar nəcə də gözəl yoldaşlardır!. (ən-Nisa, 69)

    Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (əl-Əhzab, 56)

    Önsöz

    Həbibullah (Allahın sevgilisi) vəsfi ilə bütün peyğəmbərlərin tacı olan MƏHƏMMƏD MUSTAFA -səllallahu əleyhi və səlləm-ə ümmət olma şərəfini bizə bəxş edən uca Mövlamıza sonsuz həmdü sənalar olsun!..

    O misilsiz Örnək Şəxsiyyəti ilə bütün insanlığa əbədi səadət yolunda solmaz bir hidayət və həqiqət nuru olan Peyğəmbərimiz, Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləm-e də sonsuz salat- salam olsun!...

    Allah-Təala, Onu, insanlığın böhran içində olduğu bir vaxtda peyğəmbər olaraq göndərdi. Dünyanın zülüm və qaranlıqlar içərisində boğulduğu bir dövrdə zülmətə bürünmüş sayısız ayları, ulduzları və günəşləri təkrar nurlandıran bir nur incisi kimi bəxş etdi. Onu; vəhşət, yaradana üsyan və qəflət baxımından heyvanları belə geridə qoymuş bir cəhalət toplumunun qaranlıqları içərisindəki dünyaya uca üfüqlərdən doğan bir sürəyya ulduzu kimi ərmağan etdi.

    Yəni uca Allah;

    Onu;

    Canlı-cansız bütün varlıqlara; daşa və torpağa, suya və dənizə, yerə və göyə, zamana və məkana, xüsusilə də insanoğluna sonsuz bir rəhmət kimi lütf etdi. Bərəkət, hidayət, mərhəmət, şəfqət və qurtuluşuna vəsilə oldu.

    Beləcə Onun nübüvvət çətiri altında olan bütün aləmlər həqiqi huzurun dadını hiss etdi. Cəhalət girdabında üsyan dumanları ilə boğulan və çarpışan bəşəriyyət, Onun açdığı elm, ürfan və həqiqət qapılarından geniş səmalara qanad çalaraq yeni həyat nəfəsləri almağa başladı. Daş kimi vicdanlar, Onun feyzli əllərilə yoğrulmuş xamır halına gəldi. Kir və pas içində pərişan olmuş qəlblər, Onun billur sularında saflaşaraq pak və nur dolu bir sevda məkanı oldu.

    Məsələn hidayət olmadan öncə Həbəşli Vəhşi, qaniçən, canavar ruhlu qorxunc bir adam idi. Lakin sonralar, yəni Onun uca tərbiyəsinə təslim olmaqla gözüyaşlı bir səhabə oldu. Onun kimi daha neçə-neçə insanlar da hidayətlərindən öncə bir çox mənfi vəsflərin ağuşunda ruhən ölü idilər. Fəqət sonra onlar da bu hidayət çeşməsindən içərək əbədi bir diriliyə qovuşdu və hamsı da Həzrət adı ilə anılan uca bir məqama nail oldular.

    Bütün bunlar da göstərir ki, Həzrət Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm-, Allah-Təalanın yaratdığı ən böyük ilahi sənət xariqəsidir. Bu zahir və batin etibariylə hər baxımdan belədir. Ən mükəmməli, ən mükərrəmi və ən sevimlisidir.

    Belə ki, bəşər tarixində bir həqiqət qütbü olan ənbiyalar, salehlər, övliyalar, hakimlər və adil padşahlar yalnız O Örnəkdən bir əksdirlər. O Örnəkdən bir zərrə, O günəşdən əksedən bir qığılcımdır. Çünki O, bütün aləmlərə Xaliqi Zülcəlalın bir rəhmətidir, lütfüdür, ərmağanıdır.

    Bu mənada Allaha yaxınlaşmaq və rizayi-ilahiyə nail ola bilməyin yolu da, Ona olan məhəbbət və bağlılıqdan keçir. Bu həqiqəti Allah-Təala belə bəyan buyurur:

    قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ

    فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

    (Ya Rəsulum!) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Al-i İmran, 31)

    Allaha iman edən heçbir bəndənin biganə qalamayacağı həqiqət də budur. Ayənin vurğuladığı kimi;

    Haqqa sevginin yeganə meyarı; Allah Rəsuluna tabe olmaqdır, Ona bağlılıqdır, Onun ətrafında pərvanə kimi dolanmaqdır. Əks halda o iman, iman sayılmaz. Bu baxımdan heç bir bəndə özünü Allaha başqa şəkildə əsla sevdirə bilməz. Özünü Allaha sevdirəməyən bəndənin -imanı da daxil- bütün etdikləri boşunadır.

    Belə olan halda həyatımızda və qəlbimizdə hər zaman Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləm- olmalıdır. Onun əmsalı olmayan Örnək Şəxsiyyəti, xarakterimizin yeganə memarı olmalıdır.

    Bunun üçün əlbəttə ki, ən böyük ehtiyacımız, Onu daha yaxından tanımaq, çox yaxından idrak etmək, Onun aldığı nəfəsləri alana qədər nəbzimiz Onun nəbzilə vurmaq və Səhabə kimi peyğəmbər aşiqi olmaqdır.

    Ona layiq belə bir səviyyədə olmaq biz acizlər üçün mümkün deyilse, heç olmasa o yolda yürümək belə böyük bir xoşbəxtlikdir. Çünki Onun misilsiz şəxsiyyətindən bir az da olsun pay götürə bilmək, əbədi vüslət qapısıdır.

    Bu etibarla Onun uca şəxsiyyətini daha yaxından tanıya bilmək məqsədilə əlinizdəki bu əsəri, nöqsanlıq və acizlik mürəkkəbilə qələmə almağa çalışdıq. Daha əvvəlki əsərlərimizdə Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm-in uca şəxsiyyəti ilə əlaqəli olaraq verilən məlumatlardan bir xüləsə hazırladıq.

    Bəlkə sözlərimiz Ona layiq deyil, lakin hamımız həm ondan bəhs edərək, həm də onun kimi yaşayaraq bu, ən böyük ilahi ərmağana təşəkkür etmək zərurəti duyuruq. Onun bütün aləmlərə şamil sonsuz rəhmət və huzurunu, gücümüz müqabilində, yəni böhranlarla boğulan axırzamana daşıyan bir körpü ola bilmək, üzərimizə düşən ən böyük vəzifədir. O zirvədəki sənət xarüqəsini bütün bəşəriyyətə dilimiz döndüyü qədər ən gözəl şəkildə tanıtmaq, vəfa borcumuzdur. Ələxsus halımızla Onu ən gözəl şəkildə təmsil edə bilmək, bizim üçün ən böyük şərəfdir. Şair bu şərəfli yolu nə gözəl dilə gətirmişdir:

    Varlığın gün kimi ən bərrağı, ən doğrusudur,

    Bu səbəbdən əlinin irmağı, ən dadlı sudur!...

    Ən mütəhhər, O nə xalis.. bəşərin ən təmizi,

    Ona ya Rəbb, ləkəsiz eylə bizim cümləmizi!... [Seyri]

    Allah-Təala, hər birimizə Onun misilsiz Örnək Şəxsiyyətilə kamilləşməyi nəsib etsin! Könüllərimizi Ona qarşı aşiqin məşuqa olan sevgisi halına gətirsin! Ona bağlılıq və təslimiyyətə dair təqva imtihanında bizləri müvəffəq eləsin və beləce ilahi məhəbbətə və rizaya nail eləsin!

    Amin…

    BİRİNCİ BÖLÜM

    Əbədi Səadət Rəhbərimiz

    Həzrət Məhəmməd Mustafa (səllallahu əleyhi və səlləm)

    Peyğəmbərlər tarixi və təqvimi varlığın ilki olan Nuri-Məhəmmədinin ilk insana ikramı ilə başlamış, cismaniyyəti-Məhəmmədinin dünya aləmində zühuru ilə də başa çatmışdır. Yəni bu yüksək nur ən təmiz və ən əsil köklərdən törəyib keçərək Həzrət Abdullaha qədər gəlmiş, Əminə Xatunun hamiləliyi ilə birlikdə Həzrət Abdullahın alnından varlıq Nurunu daşıyan bu bəxtiyar anaya ötürmüş, nəhayət, ondan da əsil sahibi olan Aləmlərin əfəndisinə təslim edilmişdir.

    Kainatın mənası Rəsulullah (səllallahu əleyhi və səlləm) peyğəmbərimizin nurundan hasil edilmişdir. Onun üçündür ki, kainatdakı minbir naxış və qüdrətli axınları, Onun nurundan bir çağırış və bir təbəssümdür. Həzrət Adəmin (əleyhissəlam) torpağına Rəsulullahın torpağından bir qismət qonduğu üçün Həzrət Adəmin (əleyhissəlam) tövbəsi qəbul olundu. Hədisi-Şərifdə buyrulduğu üzrə:

    "Adəm (əleyhissəlam), cənnətdən çıxarılmasına səbəb olan xətasını başa düşüb:

    "–Ya Rəbb! Məhəmməd haqqı üçün Səndən məni bağışlamağını diləyirəm." –dedi. Allah Təala:

    "–Ey Adəm! Hələ yaratmadığım halda Məhəmmədi sən haradan bildin?" –buyurdu.

    Adəm (əleyhissəlam):

    "–Ya Rəbb! Sən məni yaradıb mənə ruhundan üfürdüyün zaman başımı qaldırdım, ərşin sütunları üzərində La ilahə illəllah, Məhəmmədurrəsulullah cümləsinin yazıldığını gördüm. Bildim ki, Sən Öz isminə ancaq yaradılmışların ən sevimlisinin adını əlavə edirsən." –dedi.

    Bunun üzərinə Allah Təala:

    "–Doğru dedin, ey Adəm! Həqiqətən O, Mənə görə məxluqatın ən sevimlisidir. Onun haqqı üçün mənə dua et. (Madam ki, dua etdin), Mən də səni bağışladım. Əgər Məhəmməd olmasaydı səni yaratmazdım. buyurdu. (Hakim, II, 672/4228)

    Bax, Həzrət Adəm (əleyhissəlam), Rəsullahı (səllallahu əleyhi və səlləm) duasına vəsilə qıldı, ilahi əfvə səbəb oldu. O uca Rəsul, Həzrət İbrahimin (əleyhissəlam) nəslinə gedib çıxdı, od ona sərin və salamatçı oldu. O

    Enjoying the preview?
    Page 1 of 1